Festival çərçivəsində sizi sehrli bir əyləncə proqramı gözləyir: rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi yarmarka.
Proqramın əsas məqamlarından biri isə Mir Cəlal Paşayevin sevilən hekayəsindən ilhamlanmış “Xalça” musiqi və incəsənət gecəsidir. Bu xüsusi gecə xalçaçılıq ənənələri ilə ailə dəyərləri arasındakı dərin bağları incəliklə əks etdirir. “Söz” Multidissiplinar İncəsənət Mərkəzinin təşkilatçılığı və Nigar Həsənzadənin quruluşunda hazırlanan bu unikal tamaşa, Xalq Artisti Pərviz Məmmədrzayevin rəhbərliyi ilə virtuoz pantomima çıxışları, Xoreoqrafiya Akademiyasının rəqqaslarının zərif və duyğulu rəqsləri, eləcə də canlı musiqi ilə tamaşaçıları valeh edəcək. Bu yaddaqalan mədəniyyət proqramı hər bir qonağı Azərbaycanın sənət və ruh dünyasında unudulmaz bir səyahətə dəvət edir.
MR.entonee